AZ

Qazaxda qumbara tapılıb

Qazaxda məişət tullantıları qutularının yaxınlığında hərbi sursat aşkar edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən bildirilib.

Qeyd edilib ki, məlumat dünən axşam saatlarında agentliyə daxil olub. Agentliyin müvafiq əməliyyat heyəti hadisə yerinə cəlb olunaraq, əraziyə baxış keçirib.

Baxış zamanı 1 ədəd döyüş tətbiqinə yararlı “F-1” əl qumbarası aşkar edilərək, zərərsizləşdirilməsi üçün müvafiq əraziyə daşınılıb.

Seçilən
12
19
operativmm.az

10Mənbələr