AZ

Səhər yeməyində hər kəsin etdiyi 5 səhv: Mədə turşuluğunu artırır

Səhər yeməyində hər kəsin etdiyi 5 səhv:

Səhər yeməyində edilən bəzi yanlış seçimlər mədə turşusunun artmasına və reflüks simptomlarının şiddətlənməsinə səbəb ola bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, turşuluğa yol açan əsas qidalara sitrus meyvələri, pomidor, yağlı yeməklər, qəhvə, çay, biskvit və qızardılmış qidalar daxildir. Portağal suyu, limon və pomidor kimi turşuluğu yüksək olan məhsullar mədə turşusunun artmasına səbəb ola bilər. Eyni zamanda, yağlı qidalar mədənin boşalmasını gecikdirir və təzyiqi artırır.

Qəhvə və çay kimi kofeinli içkilər reflüks simptomlarını ağırlaşdırdığı üçün səhərlər acqarına içilməməlidir. Şəkər və un tərkibli peçenyelər, biskvitlər də mədədə turşu balansını poza bilər. Qızardılmış qidalar həzm sistemini çətinləşdirir və mədə selikli qişasını qıcıqlandırır.

Turşu reflüksünün qarşısını almaq üçün səhər yeməyində balanslı və yüngül qidalara üstünlük vermək, yeməkdən dərhal sonra uzanmamaq, yatmazdan bir neçə saat əvvəl qida qəbulundan çəkinmək və gərgin idmandan qaçınmaq tövsiyə olunur. Daha tez-tez və kiçik porsiyalarla qidalanmaq da reflüks riskini azalda bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
18
e-saglam.az

1Mənbələr