AZ

İmişlidə 2 narkokuryer həbs olundu

İmişli rayonunda saxlanılan narkokuryerlərdən 12 kiloqram marixuana və metamfetamin aşkarlanıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, Bakı şəhər sakinləri Anar Qadaşev və Elşad Bağırov rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindikləri üçün saxlanılıblar.

Onlardan 12 kiloqram marixuana və metamfetamin götürülüb. Araşdırmalarla onların maddi gəlir qarşılığında narkokuryerlik etdikləri müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, A.Qadaşev və E.Bağırov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Telegram kanalımız
Seçilən
142
19
yenisabah.az

10Mənbələr