AZ

Tramp ABŞ-ı BMT-nin İnsan Haqları Şurasından çıxarır

ABŞ prezidenti Donald Trampın bazar ertəsi günortadan sonra (ABŞ) ölkənin BMT-nin İnsan Haqları Şurasından çıxması və BMT-nin Fələstin Qaçqınlarına Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) daha çox maliyyələşdirilməsinə qadağa qoyulmasını tələb edən sərəncam imzalayacağı gözlənilir, “Politico” müvafiq sənədə istinadən xəbər verir.

Nəşrin əldə etdiyi Ağ Ev sənədində deyilir ki, şura “öz missiyasını yerinə yetirmir və dəhşətli insan haqları pozuntularına yol verən ölkələr üçün qoruyucu orqan kimi istifadə olunmağa davam edir”. Sənəddə həmçinin şuranın İsraillə bağlı mövqeyi pislənir.

Sənəddə deyilir: “BMT İnsan Haqları Şurası öz iclaslarında ədalətsiz və qeyri-mütənasib şəkildə İsrailə qarşı sistematik qərəzli mövqe nümayiş etdirir. “2018-ci ildə, Prezident Tramp ABŞ-ı şuradan ilk dəfə çıxaranda, təşkilat Suriya, İran və Şimali Koreyanın birləşdiyindən daha çox İsraili pisləyən qətnamələr qəbul etdi”.

Sərəncam, həmçinin dövlət katibi Marko Rubionun UNESCO-ya xüsusi diqqət yetirməklə, “radikal və ya anti-Amerika əhval-ruhiyyəsini təşviq edən” beynəlxalq təşkilatlar, konvensiyalar və müqavilələr haqqında nəzərdən keçirib Ağ Evə hesabat verməsini tələb edəcək.

Çərşənbə axşamı Tramp Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahunu qəbul edəcək.

ABŞ ilk dəfə 2009-cu ildə BMT-nin İnsan Haqları Şurasına tamhüquqlu üzv kimi daxil olub. 2019-cu ilin iyununda Tramp ölkənin şuradan çıxdığını bəyan edib. Keçmiş prezident Co Bayden 2021-ci ilin yanvarında vəzifəyə gəldikdən sonra ABŞ-ın BMT Şurası ilə əlaqələrini bərpa etdiyini açıqladı.

16 oktyabr 2024-cü ildə təşkilatın baş komissarı Filip Lazzarini, demək olar ki, bütün ölkələrin agentliyi maliyyələşdirməyə davam etdiyini açıqladı. Töhfənin dondurulması yalnız ABŞ-a aiddir.

Almaz Həsənli

Seçilən
2
44
oxumeni.az

10Mənbələr