AZ

İraqdan neft qərarı: Türkiyə ilə razılaşdılar

İraqın neft naziri Hayyan Əbdülqəni mühüm açıqlamalar verib.

Publika.az xəbər verir ki, o, İraq Kürd Regional Rəhbərliyindən (İKRR) gələn neftin müvafiq qaydada İraq Neft Marketinq Şirkətinə (SOMO) çatdırılması üçün regional hökumətə rəsmi məktub göndərdiklərini bildirib.

Əbdülqəninin sözlərinə görə, Ceyhan limanından neftin ixracı üçün Türkiyə ilə lazımi prosedurlar həyata keçirilib.

O, həmçinin İKRR ilə Bağdad arasında neft borcu ilə bağlı danışıqlar aparılacağını da qeyd edib.

Seçilən
0
publika.az

1Mənbələr