AZ

Daha 12 uşaq Rusiyadan Ukraynaya qaytarılıb

Rusiyaya deportasiya edilən daha 12 ukraynalı uşaq vətənlərinə qayıdıb.

Herbiand.az xəbər verir ki, bu barədə bazar ertəsi Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak Telegram kanalında məlumat verib.

“Xilas edilənlər arasında dözülməz sınaqlara məruz qalan uşaqlar da var: həkiminin səhlənkarlığı ucbatından anasını itirən 16 yaşlı qız, Rusiya ordusuna çağırış vərəqəsi almış 17 yaşlı yeniyetmə, o cümlədən Rusiya vətəndaşlığını almaqdan imtina etdiklərinə görə atasının əlindən almağa çalışdıqları 8 yaşlı qızı”.

Xatırladaq ki, yetkinlik yaşına çatmayanların deportasiyası Haaqa məhkəməsi tərəfindən Vladimir Putinin həbsinə order verilməsi üçün əsas ittiham olub.

Seçilən
2
herbiand.az

1Mənbələr