AZ

Brent markalı neftin bir barreli 75,08 dollara düşüb

Vaşinqtonun Kanada və Meksikadan gələn mallara yeni rüsumların tətbiqini təxirə salmasından sonra neftin qiyməti aşağı düşür...

Poliqon xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı aprel fyuçerslərinin qiyməti 0,88 dollar (1,16%) ucuzlaşaraq 75,08 dollar/barelə bərabər olub. Bazar ertəsi Brent markalı neft 0,29 dollar (0,4%) bahalaşaraq 75,96 dollar/barelə çatıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin mart fyuçerslərinin qiyməti 1,25 dollar (1,71%) azalaraq 1 barelə görə 71,91 dollar təşkil edib.

Əvvəlki sessiyada müqavilənin qiyməti 0,63 dollar (0,9%) artaraq 73,16 dollar/barel olub.

Poliqon.info

Seçilən
0
poliqon.info

1Mənbələr