"Çelsi"nin hücumçusu Joao Feliks karyerasını "Milan"da davam etdirəcək.
İdman.biz xəbər verir ki, portuqaliyalı futbolçu artıq İtaliya A Seriyasının rəsmi saytında "Rossoneri"nin heyətində yer alıb.
Feliks cari mövsümün sonuna kimi "Milan"da icarə əsasında çıxış edəcək.
25 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 20 matçda 7 qol vurub və 2 məhsuldar ötürmə edib. Feliksin "Çelsi" ilə hazırkı müqaviləsinin müddəti 2030-cu ilin yayına kimidir.
İdman.biz