O, İran Prezidenti Məsud Pezeşkian, İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian, İran Prezidentinin müşaviri Mehdi Sənayi və digər rəsmi şəxslərlə müzakirələr aparıb.
Görüşlərdə iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə edilib. Xüsusilə Şimal-Cənub Nəqliyyat Dəhlizinin əhəmiyyəti vurğulanıb. Həmçinin, Araz çayı boyunca yol-nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və su elektrik stansiyalarının tikintisi layihələri gündəmə gətirilib.
Hikmət Hacıyev Mehdi Sənayi ilə görüşdə bildirib ki, Azərbaycanın İran üçün heç bir təhdid yaratmaq niyyəti yoxdur. Bu mövqe rəsmi Bakının qonşu ölkələrlə əlaqələrini konstruktiv əsasda qurduğunu bir daha nümayiş etdirir. İran Prezidenti Məsud Pezeşkianla görüş zamanı Hikmət Hacıyev Prezident İlham Əliyevin salamlarını və İrana rəsmi səfərə dəvətini çatdırıb.
Qarşılıqlı səfərlərdən əvvəl İranın bir sıra müsbət addımları müşahidə edilib. Tehran Azərbaycan səfirliyinə hücum edən şəxsin cəzasını təsdiqləyib, İranda həbsdə olan azərbaycanlı tələbəni təhvil verib, həmçinin Azərbaycana qarşı danışan Qəzvinin imam cüməsini istefaya məcbur edib. Ekspertlər bu addımları və qarşılıqlı səfərləri İranın Azərbaycanla münasibətlərini bərpa etmək istəməsi kimi şərh edib.
Olaylar.az xəbər verir ki, modern.az-a danışan Azərbaycan-İran parlamentlərarası İşçi Qrupunun üzvü Ceyhun Məmmədov bildirib ki, İranla Azərbaycanın qonşu dövlətlər olduğu nəzərə alınmalıdır:
"Uzun illər iki ölkə arasında mədəni, siyasi əlaqələr mövcud olub. Bizi birləşdirilən ortaq dəyərlər var. İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, "3+3" formatında sıx əməkdaşlıq edilir. Dövlət maraqlarımızdan biri də İranla əlaqələri gücləndirmək istiqamətində addımlar atmaqdır. Düzdür, bizim İranla heç də həmişə əlaqələrimiz yüksək səviyyədə olmayıb. İranın Ermənistanı dəstəkləməsi, İran rəsmilərinin Azərbaycana qarşı zaman-zaman çıxışlar