Vətəninfo.az xəbər verir ki, İngiltərə çempionu “Mançester Siti” “Portu”dan yarımmüdafiəçi Niko Qonzalesin transferini açıqlayıb. 23 yaşlı ispan futbolçunun müqaviləsi 2029-cu ilə qədərdir.
Daha əvvəl “Mançester Siti”nin Niko Qonzales üçün 60 milyon avro ödəyəcəyi bildirilirdi.
Bu mövsüm Niko Qonzales 29 matçda iştirak edib, 7 qol vurub və 6 məhsuldar ötürmə edib.