Avropa Komissiyası Aİ ölkələrində mühacirətdə fəaliyyət göstərən Rusiya və Belarus müstəqil media qurumlarına dəstək üçün 3 milyon avro ayrıldığını açıqlayıb.
Herbiand.az xəbər verir ki, bu barədə fevralın 3-də dərc olunmuş press-relizində deyilir.
Brüsselin məlumatına görə, təkcə 2024-cü ildə Rusiya və Belarusdan 1500-ə yaxın müstəqil jurnalist və redaksiya Aİ ölkələrinə köçüb.