AZ

Netanyahu Trampın xüsusi nümayəndəsi ilə görüşüb

Məlumatagörə, görüş paytaxt Vaşinqtondakı"Blair House"qonaq evində baş tutub. Tərəflər Qəzza zolağında cari vəziyyət və HƏMAS qruplaşması ilə atəşkəs sazişinin növbəti mərhələsi üzrə müzakirələr aparıblar.

Görüşün yekununda İsrailin bu həftə sonu danışıqların vasitəçi tərəflərindən biri Qətərə nümayəndə heyəti göndərəcəyi bildirilib.

"Heyət sazişin icrasının növbəti mərhələsi ilə əlaqədar texniki detalları aydınlaşdıracaq",- İsrail Baş nazirinin ofisi diqqətə çatdırıb.

Benyamin Netanyahunun Prezident Donald Trampla görüşü isə sabah baş tutacaq. Tramp ötən gün jurnalistlərəaçıqlamasındagözlənilən görüşü "böyük görüş" kimi qiymətləndirib.
Netanyahu ABŞ-yə gedib

Xatırladaq ki, İsrailin hökumət başçısının ABŞ-yə gözlənilən səfəri barədə ötən həftə yerli mətbuatda xəbərlər yayılırdı. Bu səfərin əvvəlcə 3-5 fevral aralığında reallaşacağı diqqətə çatdırılırdı. Yanvarın 28-də isə Donald Tramp Vaşinqtona səfərlə əlaqədar Netanyahuya şəxsən dəvət göndərib. Beləliklə, dünən ABŞ-yə yollanan Benyamin Netanyahu Ağ Evdə Trampın qəbuluna gələn ilk xarici liderdir.

Firudin Həmidli
AzVision.az
Seçilən
35
50
azvision.az

10Mənbələr