Vətəninfo.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio İrana təzyiqlərin artırılmasının vacibliyini bəyan edib.
“ İran indiki fəaliyyətlərini dayandırana qədər ona daha çox təzyiq göstərməliyik , və bu hərəkətlər son nəticədə nüvə silahı yaratmağa yönəlib ” deyə Rubio bazar ertəsi Fox News – a müsahibəsində bildirib .
Yanvarın ortalarında İran prezidenti Məsud Pezeşkian NBC telekanalına müsahibəsində bəyan edib ki, Tehran nüvə silahı yaratmaq məqsədi güdmür.