AZ

Özbəkistan Prezidenti və Malayziya Baş naziri sazişlər paketi imzalayacaqlar

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Malayziyanın Baş naziri Ənvər İbrahim iki ölkə arasında əməkdaşlığın daha da inkişafına yönəlmiş sazişlər paketi imzalayacaqlar.

“Report” Özbəkistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu məqsədlə Özbəkistan Prezidenti bu gün Kuala-Lumpura rəsmi səfərə yola düşüb.

Səfər Malayziya Baş nazirinin dəvəti ilə həyata keçiriləcək.

"Qarşıdakı görüşlərin gündəliyi iki ölkə arasında dostluq münasibətlərinin daha da dərinləşdirilməsi və praktiki əməkdaşlığın genişləndirilməsi məsələlərini, o cümlədən ticarət, investisiya, innovasiya, texnoloji əməkdaşlıq və digər prioritet sahələri əhatə edir. Tərəflər mədəni-humanitar mübadilənin aktivləşdirilməsinə xüsusi diqqət yetirəcəklər", - məlumatda qeyd olunub.

Səfər çərçivəsində Ş.Mirziyoyev Malayziyanın aparıcı şirkətlərinin top menecerləri ilə görüşəcək, birgə biznes forumun işində iştirak edəcək.

Liderlər, həmçinin beynəlxalq siyasət və regional əməkdaşlığın aktual aspektlərini müzakirə edəcəklər.

Seçilən
0
1
report.az

2Mənbələr