Şimal-Qərb bölgəsində avtomobil yollarında görmə məsafəsi xeyli azalıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bölgədən keçən Qaraməryəm-İsmayıllı-Şəki, Yevlax-Zaqatala-Gürgüstan magistrallarında, eləcə də Şəki-Qax yolunda bu gün səhər saatlarından dumanlı hava şəraiti müşahidə edilib.
Bəzən görmə məsafəsi 5-10 metrə kimi enib. Bu da sürücülər üçün təhlükə yaradıb.
DYP-nin bölgədə fəaliyyət göstərən əməkdaşları bu yollarda olan, həmçinin bu istiqamətdə hərəkət etməyi planlayan sürücülərdən xahiş edir ki, sürət həddinə riayət etsinlər.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta