İngiltərə Premyer Liqası komandası "Aston Villa" heyətinə yeni futbolçu qatıb.
"Çelsi"nin müdafiəçisi Aksel Disasi icarə əsasında "Aston Villa"ya keçib.
"Operativ Media" xəbər verir ki, bu haqda Birmingem klubunun mətbuat xidməti məlumat yayıb.
Müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub.
26 yaşlı fransız 2023-cü ilin avqustundan "Çelsi"də çıxış edir. O, londonluların heyətində 61 oyun keçirib, 5 qol vurub və iki məhsuldar ötürmə edib. Müdafiəçinin "Çelsi" ilə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.
"Transfermarkt" Disasinin bazar dəyərini 30 milyon avro qiymətləndirir.