AZ

Kenquru kişiyə hücum etdi – Möcüzə nəticəsində SAĞ QALDI  

Bir kişi kenqurunun hücumundan möcüzə nəticəsində sağ qalıb.

Medianews.az Lenta.ru-ya istinadən xəbər verir ki, hadisə Avstraliyada, Kvinslend sakini avtomobilinə doğru gedərkən baş verib.

O, bir cüt kenquru ilə qarşılaşıb. Dişi kenquru dərhal qaçıbsa da, erkək kenquru kişiyə hücum edib. Kenquru təxminən iki metr boyu və yüz kiloqram ağırlığında olub.

Zərərçəkənin qonnşusu müdaxilə etməsəydi, kişi ölə bilərdi. O, heyvanı qorxudaraq qovmağı bacarıb.

Hücum nəticəsində zərərçəkmiş döş qəfəsindən və qollarından çoxsaylı xəsarətlər alıb. Qanayan şəxsin vaxtında xəstəxanaya çatdırılması onun həyatını xilas edib.

Məlumta görə, kenqurunun aqressiyasına avstraliyalının davranışı səbəb olmayıb. Çox güman ki, bu heyvanın davranışı cütləşmə mövsümü ilə bağlıdır.

World Animal-a görə, kenquru nadir hallarda təhlükəli heyvan sayılsa da, boz ayıya bənzər dişləmə qüvvəsinə malikdir.

Medianews.az

Seçilən
16
medianews.az

1Mənbələr