AZ

Tramp ABŞ-ni BMT-nin İnsan Haqları Şurasından ÇIXARACAQ

ABŞ prezidenti Donald Tramp 24 saat ərzində Birləşmiş Ştatların BMT-nin İnsan Haqları Şurasından (UNHRC) çıxarılması və BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) maliyyələşdirilməsini dayandırması barədə sərəncam imzalayacaq.

XəzərNews.az xəbər verir ki, bu barədə Amerikanın “Politico” qəzeti məlumat yayıb.

“Trampın bu gün ABŞ-ın BMT-nin İnsan Haqları Şurasından çıxarılması və BMT-nin Qəzzaya yardım agentliyinə əlavə maliyyə ayrılmasını qadağan edən sərəncam imzalaması gözlənilir”,- deyə məlumatda qeyd olunub.

Qəzet UNRWA-nın maliyyələşdirilməsini qadağan edən fərmanın İsrailin baş naziri Benyamin Netanyahunun Amerika paytaxtına səfəri ərəfəsində imzalanacağına diqqət çəkir.

Nəşr vurğulayır ki, Trampın fərmanına əsasən, ABŞ dövlət katibi Marko Rubio Ağ Ev qarşısında hansı beynəlxalq təşkilatların və ya assosiasiyaların “radikal və ya anti-Amerika siyasətinin təbliği ilə məşğul olduğu” barədə hesabat verməli olacaq.

Aylin
XəzərNews.az



Xəbər 7 dəfə oxunub.
Seçilən
8
44
xezernews.az

10Mənbələr