AZ

Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu Maynts şəhərində tədbirdə iştirak edib (FOTO)

Bakı. Trend:

Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun nümayəndəheyəti Almaniyanın Maynts şəhərində keçirilən “Azərbaycan:Gələcəyin Mərkəzi – Alman Şirkətləri üçün Strateji İmkanlar” adlıtədbirdə iştirak edib. Azərbaycan Respublikasının AlmaniyadakıSəfirliyi və Reynland-Pfalts Sənaye və Ticarət Palatasınıntəşkilatçılığı ilə baş tutan bu tədbir Alman-Azərbaycan ticarət vəiqtisadi əlaqələrinin möhkəmləndirilməsi və yeni biznesimkanlarının araşdırılması üçün platforma rolunu oynayıb.

Tədbirin açılış nitqində Reynland-Pfalts Sənaye və TicarətPalatasının baş icraçı direktoru xanım Karina Szwede ikitərəfliticarət və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi baxımından butədbirin əhəmiyyətini vurğulayıb. O, bu platformanın hər ikiölkənin iş adamları üçün yeni perspektivlərin müzakirəsi vəpotensial tərəfdaşlıqların qurulması baxımından vacib olduğunu qeydedib.

Daha sonra, Reynland-Pfalts İqtisadiyyat, Nəqliyyat, KəndTəsərrüfatı və Üzümçülük Nazirliyinin dövlət katibi xanım PetraDik-Valter enerji təhlükəsizliyində Azərbaycanın Almaniya üçünetibarlı tərəfdaş olduğunu vurğulayıb. O, iki ölkə arasında ticarətvə iqtisadi əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd edərək,Azərbaycanın strateji coğrafi mövqeyinin Alman şirkətləri üçünMərkəzi Asiya və digər bazarlara çıxış imkanı yaratdığınıbildirib.

Azərbaycan Respublikasının Almaniyadakı səfiri cənab NəsimiAğayev tədbirdə çıxış edərək, ölkənin strateji mövqeyi, əlverişliinvestisiya mühiti və xüsusilə Alman investorlar; üçün cəlbediciimkanlar təqdim edən Ələt Azad İqtisadi Zonası (ƏAİZ) barədəməlumat verib.

Daha sonra maraqlı panel müzakirələri keçirilib.

Panel çərçivəsində ƏAİZ Səlahiyyətli Qurumunun İdarə Heyətininsədri cənab Valeh Ələsgərov Ələt Azad İqtisadi Zonasınınüstünlüklərini vurğulayaraq, onun strateji coğrafi mövqeyi, unikalqanunvericilik bazası, istifadəyə hazır ərazi-daxili vəərazi-xarici infrastruktur və mühəndis-kommunikasiya sistemi ilətəmin edilmiş sənaye torpaq sahələri, eləcə də nəqliyyat vəlogistika mərkəzlərinin əhəmiyyətindən danışıb. O, həmçinininvestorlar üçün təqdim edilən maliyyə və qeyri-maliyyə imtiyazlarpaketi barədə məlumat verib. Cənab Ələsgərov qeyd edib ki, yüksəkəlavə dəyər yaradan, ixrac yönümlü istehsalla məşğul olan,innovativ texnologiyalar və qabaqcıl beynəlxalq standartlara uyğunfəaliyyət göstərən investorlar ƏAİZ-də bizneslərini qurmağa dəvətolunur.

Bundan əlavə, cənab Ələsgərov ƏAİZ-in əsas üstünlüklərindən birikimi sadələşdirilmiş qeydiyyat prosedurlarını qeyd edib. O bildiribki, ƏAİZ ərazisində yaradılan hüquqi şəxslər ƏAİZ qanunvericiliyinəuyğun fəaliyyət göstərir və bu qanunvericilik əsas iqtisadiyyatınqanunlarından üstün hesab olunur. Bunun bariz nümunəsi kimi, MilliMəclis tərəfindən 90-dan çox qanuna (o cümlədən vergi, gömrük,lisenziyalaşdırma, əmək, mübahisələrin həlli və s. sahələr üzrə)dəyişiklik edildiyi və bu dəyişikliklərdə ƏAİZ qanunvericiliyininəsas iqtisadiyyatın qanunlarından üstün olduğu açıq şəkildə qeydedildiyi bildirilib.

Həmçinin, investorlar üçün proseslərin daha da asanlaşdırılmasıməqsədilə ƏAİZ İdarəetmə Qurumu tərəfindən “Vahid Pəncərə” BiznesMərkəzinin yaradıldığı vurğulanıb. Bu mərkəz ƏAİZ-də biznes qurmaqistəyən investorlar üçün yeganə əlaqə nöqtəsi kimi çıxış edir vəhər hansı əsas iqtisadiyyat qurumlarının iştirakı olmadan fəaliyyətlisenziyaları, planlaşdırma və tikinti icazələri və digər lazımisənədləri verir.

Cənab Ələsgərov ƏAİZ-in strateji mövqeyini də xüsusi qeydedərək, zonanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanına yaxınyerləşməsinin beynəlxalq ticarət dəhlizlərinə, o cümlədənTrans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta Dəhliz) vəŞimal-Cənub Nəqliyyat Dəhlizinə birbaşa çıxış imkanı yaratdığınıbildirib. Bu əlaqələr ƏAİZ-in logistika imkanlarını artırır,multimodal daşımaları dəstəkləyir və qlobal ticarətiasanlaşdırır.

Sonda cənab Ələsgərov ƏAİZ-də yaşıl enerji təşəbbüslərinin fəalşəkildə inkişaf etdirildiyini vurğulayıb. O, zonada fəaliyyətgöstərən müəssisələrə etibarlı yaşıl enerji təmin etmək məqsədiləəlverişli şərtlər yaradıldığını və bərpa olunan enerji sahəsindəçalışan şirkətlərin ƏAİZ-ə böyük maraq göstərdiyini qeyd edib.Günəş panelləri, külək turbinləri və digər bərpa olunan enerjiavadanlıqlarının yerli istehsalı təmin edildiyi təqdirdə, xərcləriazaldacaq və səmərəliliyi artıracaq, ƏAİZ investorları isə ucuzyaşıl enerjidən faydalanmaq imkanı əldə edəcəklər.

Beləliklə, “Azərbaycan: Gələcəyin Mərkəzi – Alman Şirkətləriüçün Strateji İmkanlar” tədbiri Alman şirkətləri üçün Azərbaycanıngenişlənməkdə olan imkanlarını təqdim edərək, ölkənin stratejiüstünlüklərini və investisiya potensialını iştirakçıların diqqətinəçatdırıb.

Ələt
Ələt
Ələt
Ələt
Ələt
Seçilən
14
az.trend.az

1Mənbələr