AZ

Laçında ağır qəza - Ölən var

11:01 04.02.2025
11:01 04.02.2025

Dünən saat 21 radələrində Laçın rayonunun Pircahan kəndi ərazisində ağır yol qəzası baş verib.

Mynews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 1977-ci il təvəllüdlü Nağızadə Aslan Vaqif oğlunun idarə etdiyi “Howo” markalı yük nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb. Nəticədə A.Nağızadə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Laçın RPŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaqı aparılır.


Seçilən
38
50
mynews.az

10Mənbələr