Ərdoğan Ramazan ayından əvvəl Suriyaya səfər edə bilər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan ayı başlamamış Suriyaya səfər edə bilər.
Reyting.az xəbər verir ki, bunu “Türkiyə” qəzeti yazıb.
Qeyd olunur ki, çərşənbə axşamı Ankarada danışıqlar zamanı Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara Türkiyə prezidentini ölkəsinə səfərə dəvət edəcək.
Xatırladaq ki, müsəlmanların oruc tutduğu müqəddəs Ramazan ayı 2025-ci il fevralın 28-dən başlayır. Orucun son günü martın 30-u olacaq.
“Türkiyə” qəzetinin məlumatına görə, Ərdoğan və əl-Şaraa arasında görüşdə əsasən Suriyanın bərpası və terrorla mübarizə məsələlərinin müzakirəsi planlaşdırılır. Danışıqlar və iki ölkə hökumətlərinin birgə iclasından sonra iqtisadi, nəqliyyat, rabitə, kənd təsərrüfatı, hərbi-texniki əməkdaşlıq sahələrində mühüm sazişlərin imzalanacağı gözlənilir.
E. KAMAL