Qazaxıstanın Nəqliyyat Nazirliyi Aktau hava limanı yaxınlığında qəzaya uğramış “Azerbaijan Airlines” (AZAL) təyyarəsi ilə bağlı ilkin hesabatı yaxın günlərdə dərc etməyi planlaşdırır.
Medianews.az Musavat.com-a istinadən xəbər verir ki, nazirlik ekspertlərinin işi artıq yekun mərhələyə çatıb.
Bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev mətbuat konfransında məlumat verib.
“İşlər yekunlaşmaq üzrədir. Gözləyirik ki, ilkin hesabat rəsmi şəkildə yaxın günlərdə veb saytımızda dərc ediləcək. Mütəxəssislərin işi çox dəqiq və həssas yanaşma tələb edir, ona görə də tam başa çatdırılması üçün bir qədər vaxt lazımdır”, – deyə nazir bildirib.
Karabayev əlavə edib ki, qəzanın araşdırılmasında Qazaxıstan, Braziliya, Rusiya və Azərbaycan mütəxəssisləri iştirak edir.