AZ

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı ilkin hesabat bu vaxt açıqlanacaq

Aktau yaxınlığında AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı ilkin hesabat yaxın günlərdə açıqlanacaq. Bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev bildirib. O qeyd edib ki, müxtəlif ölkələrdən olan mütəxəssislər demək olar işlərini bitiriblər. Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib. ///APA  

Seçilən
7
50
turanpress.com

10Mənbələr