Çində "Google"a qarşı antiinhisar araşdırması başlayıb...
Poliqon xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Bazarın Tənzimlənməsi üzrə Dövlət Administrasiyası məlumat yayıb.
"Çin Xalq Respublikasının Antiinhisar Qanununun pozulması ilə bağlı şübhələrə görə, Çin Xalq Respublikasının Bazara Nəzarət və Tənzimləmə Baş İdarəsi "Google"a qarşı araşdırmaya başlayıb", deyə məlumatda bildirilir.
İstintaqın təfərrüatları açıqlanmır.
Amerika korporasiyasının "Gmail", "Google Maps", "Google Play" və "YouTube" xidmətləri Çində bloklanıb. Çin səlahiyyətliləri "Google"un siyasi cəhətdən həssas məzmuna nəzarət tələblərini yerinə yetirməkdən imtina etdiyini bildirib.
Eyni zamanda, "Google"un "Android" əməliyyat sisteminə Çində icazə verilir və demək olar bütün Çin smartfonları onunla işləyir.
Fevralın 4-də ABŞ-ın bütün Çin məhsullarına 10 faizlik gömrük rüsumları qüvvəyə minib. Bundan sonra Çin ABŞ-ın vergi tədbirlərinə qarşı Ümumdünya Ticarət Təşkilatına şikayət edib.
Poliqon.info