AZ

Aktyor filmdəki roluna qapıldı: Mafiya oldu

İtaliyada mükafat qazanan bir filmdə qanqster rolunu oynayan aktyorun gerçək həyatdakı özünü canlandırdığı məlum olub. 

“Cebheinfo.az” xəbər verir ki, 39 yaşlı italyan aktyoru Marko Macor yaşlıları aldatmaq üçün böyük bir fırıldaqçı şəbəkənin üzvü olmaqda ittiham olunur. Macor insanların əmanətlərini və zinət əşyalarını ələ keçirmək üçün polis və vəkil obrazına bürünən 29 nəfərdən ibarət dəstəyə qarşı keçirilən əməliyyat zamanı tutulub. 

Müvafiq olaraq, dəstə operatorlardan istifadə edərək zərərçəkmişlərə zəng edərək onların yaxınlarının qəzaya uğradığını və həbs olunmamaq üçün onlara təcili pul lazım olduğunu bildiriblər. 

Macorun da özünü polis əməkdaşı kimi təqdim edərək dəstəyə qatıldığı bildirilib. 

Bu dəstənin 700 min avrodan çox pul oğurladığı iddia edilir. Maraqlıdır ki, Macor bundan əvvəl də bir filmdə qanqster rolunu oynamışdı. 2008-ci ildə çəkilmiş “Gamorrah” filmi Neapolun Kampaniya bölgəsində Gamorranın cinayət əməllərindən bəhs edən eyniadlı romandan ilhamlanıb. Film Kann Film Festivalında Qran Pri mükafatını qazanıb və daha sonra televiziya serialina çevrilib. 

Seçilən
0
cebheinfo.az

1Mənbələr