AZ

AZAL-ın vurularaq qəzaya uğrayan təyyarəsinə dair ilkin hesabat açıqlanacaq

Aktau yaxınlığında AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı ilkin hesabat yaxın günlərdə açıqlanacaq.

Heftelik.az-ın məlumatına görə, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev bildirib.

O qeyd edib ki, müxtəlif ölkələrdən olan mütəxəssislər demək olar işlərini bitiriblər.

Qeyd edək ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.

Seçilən
1
50
heftelik.az

10Mənbələr