AZ

Azərbaycanda enerji səmərəliliyi sahəsində yeni dövlət standartları qəbul edilib

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak BazarınaNəzarət Dövlət Xidmətinin tabeliyində olan AzərbaycanStandartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS EN 15218:2025“Yerləşgələrin soyudulması üçün buxarlandırıcı ilə soyutmakondensatorlu və elektrik intiqallı kompressorlu kondisionerlər vəmayeli soyuducu aqreqatlar - Terminlər, təriflər, sınaq şərtləri,sınaq üsulları və tələblər” və AZS EN 30-2-1:2025 “Qazla işləyənməişət mətbəx texnikası - 2-1-ci hissə: Enerjidən səmərəli istifadə- Ümumi” dövlət standartları qəbul edilib.

TrendAZSTAND-a istinadən xəbər verir ki, yeni dövlət standartlarınınqəbulu energetika sektorunda və məişətdə istifadə olunanavadanlıqların, eləcə də bu sahədə göstərilən xidmətlərinkeyfiyyətinin yüksəldilməsinə və enerji səmərəliliyininartırılmasına imkan yaradacaq.

Bildirilib ki, sözügedən standartlar yerləşgələrin soyudulmasıüçün kondisionerlər, mayeli soyuducu aqreqatlar və qazla işləyənməişət mətbəx texnikasının istifadə ediləcəyi sahələrdəeffektivlik, təhlükəsizlik və enerji səmərəliliyi ilə bağlıtələbləri müəyyən edir. Bu standartların tətbiqi enerji istehlakıilə bağlı xərclərin azaldılması və daha rəqabətqabiliyyətliqiymətlərin təklif edilməsinə imkan yaradacaq.

Qeyd edək ki, yeni dövlət standartları “Elektroenergetika vəbərpa olunan enerji” standartlaşdırılması üzrə Texniki Komitədə(AZSTAND/TK 46) müzakirəyə çıxarılıb və İnstitut tərəfindəntəsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin DövlətFonduna daxil edilib.

Seçilən
5
10
az.trend.az

10Mənbələr