AZ

Fransa bu hadisə ilə SİLKƏLƏNDİ: Həkimin əməlləri şok ETDİ

Ajans.az xəbər verir ki, bu barədə “AFP” məlumat yayıb. 

Keçmiş cərrah Joel Le Scouarnec, anesteziya altında yüzlərlə uşağa qarşı cinsi zorakılıq etdiyi iddiası ilə mühakimə olunur.

73 yaşlı Le Scouarnec 1989-2014-cü illər arasında 299 uşağa cinsi təcavüz etdiyi iddiası ilə gündəmdədir. Keçmiş cərrah 2017-ci ildə qardaşı qızlarına və 6 yaşlı qıza cinsi təcavüzdə şübhəli bilinərək həbs edilib və 2020-ci ildə 15 il həbs cəzasına məhkum edilib.

Bu ay Vannesdə baxılacaq işin polisin illərdir davam edən ətraflı araşdırmasından sonra açıldığı bildirilir. Yeni işdə bəzi həkimlərin və xəstəxana rəhbərliyinin pedofil həkimin cinayətlərindən xəbəri olmasına baxmayaraq, vəziyyəti ört-basdır etdiyi iddia edilir.

Seçilən
1
Ajans.az

1Mənbələr