AZ

Fransa qoşunlarını Seneqaldan çıxarmağa başlayır

Fransa qoşunlarını Seneqaldan çıxarmağa başlayıb. Seneqo portalının məlumatına görə, Mareşal, Sent-Ekzüperi və Kont-Admiral Prote bazaları artıq Seneqal hərbçilərinə təhvil verilib.

Portal öz mənbələrinə istinadən qeyd edir ki, fransız kontingenti sentyabr ayına qədər Seneqalı tamamilə tərk etməlidir.

Bundan əvvəl Seneqalın APS agentliyi fransız hərbi mənbəsinə istinadən xəbər vermişdi ki, Paris yaya qədər bütün qoşunlarını çıxarmaq niyyətindədir. APS mənbəsinin məlumatına görə, Fransanın Seneqal ərazisində daimi hərbi mövcudluğa ehtiyacı yoxdur. O, ölkənin 2023-cü ilin yayından Qərbi və Mərkəzi Afrikada hərbi mövcudluğu ideyasına yenidən baxmağa başladığını bildirdi.

Bundan əvvəl Seneqal prezidenti Bassirou Diomaye Faye bildirmişdi ki, Seneqal 2025-ci ildən onların Seneqal ərazisində mövcudluğunun dayandırılmasını nəzərdə tutan xarici dövlətlərlə yeni hərbi əməkdaşlıq doktrinasına keçəcək.

Əziz Mustafa, Oxuməni.az

Seçilən
10
oxumeni.az

1Mənbələr