Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen ABŞ prezidenti Donald Trampa Avropadan gətirilən mallara yeni rüsumların tətbiqi ilə bağlı xəbərdarlıq edib.
Herbiand.az xəbər verir ki, o bu barədə fevralın 4-nə keçən gecə Brüsseldə Aİ dövlət və hökumət başçıları ilə görüşdən sonra fikirlərini bildirib
"Əgər bizə qəsdən ədalətsiz və ya əsassız rəftar edilərsə, Avropa İttifaqı son dərəcə qətiyyətlə cavab verəcək".
Onun sözlərinə görə, Avropa İttifaqı hadisələrin belə inkişafına hazırdır. Bununla yanaşı, fon der Leyen dialoqa mümkün qədər tez başlamaqla münasibətlərin gərginləşməsinin qarşısı alınmalı olduğunu vurğulayıb.
"Tariflər biznesin xərclərini artırır, işçilərə və istehlakçılara zərər verir, iqtisadiyyatda lazımsız fasilələr yaradır və inflyasiyaya səbəb olur", deyə Aİ rəsmisi bildirib.