Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, 2020-ci ilin payızında Dağlıq Qarabağda gedən döyüşlərdə məğlubiyyət ölkəyə müstəqillik və suverenlik əldə etmək imkanı verib.
Bakupost.az xəbər verir ki, onun sözlərini TASS yayıb.
"Deyə bilərəm ki, məğlub olaraq biz müstəqil və suveren dövlətə sahib olmaq imkanını əldə etdik", - deyə Ermənistanın baş naziri Vaşinqtonda erməni icmasının nümayəndələri ilə görüşündə bildirib.
Onun sözlərinə görə, Cənubi Qafqazda Ermənistana münasibətdə çoxlu neqativlər var. Respublika bununla emosiyasız və ən təsirli üsullarla davranaraq düzgün addımlar atır.
Lalə, BakuPost