AZ

Suriya prezidentinin Türkiyə səfəri

 

  Suriya Ərəb Respublikasının müvəqqəti prezidenti Əhməd Şara prezident Rəcəb Tayyib Ərdoğanın dəvətilə 5 fevralda Türkiyəyə gələcək.

  Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru Fəxrəddin Altun sosial media hesabından verdiyi açıqlamada Suriya Ərəb Respublikasının müvəqqəti prezidenti Əhməd Şaranın bu gün paytaxt Ankaraya gələcəyini bildirərək yazıb: “Ölkə başçısı Ərdoğanın dəvətinə cavab olaraq Prezident İqamətgahında keçiriləcək danışıqlarda Suriyadakı son hadisələr bütün aspektlərlə müzakirə ediləcək, iqtisadi dirçəliş, davamlı sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün birgə addımların atılması ilə bağlı fikir mübadiləsi aparılacaq.

  “İnanırıq ki, cənab Əhməd Şara və onun rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri Suriyanın azadlığını bərpa etdikdən sonra yenidən qurulan Türkiyə-Suriya münasibətlərinə yeni güc gətirəcək və geniş miqyas qazanacaq”.



Seçilən
26
50
trt.net.tr

10Mənbələr