AZ

Çin-dən Trampa cavab: ABŞ mallarına rüsum tətbiq olunacaq

Çin ABŞ-dan kömür və mayeləşdirilmiş təbii qazın (LNG) idxalına 15%, neft, kənd təsərrüfatı texnikası və böyük tutumlu avtomobillərin idxalına isə 10% rüsumların tətbiq edəcəyini elan edib.

Eyni zamanda, Çin Ticarət Nazirliyi açıqlamasında bildirib ki, ölkə səlahiyyətliləri antiinhisar qanunlarını pozduğu üçün “Google”a qarşı araşdırmaya başalyıb.

Pekin həmçinin ABŞ-ın hərəkətlərinə qarşı Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət etdiyini açıqlayıb. 

“ABŞ-ın rüsumları birtərəfli artırması qaydaları ciddi şəkildə pozur. Bu, təkcə öz problemlərinin həlli üçün faydasız deyil, həm də Çin və ABŞ arasında normal iqtisadi və ticarət əməkdaşlığına xələl gətirir”, nazirliyin bəyanatında deyilir.

Çin həmçinin volfram, tellur, vismut, molibden və indiumla bağlı mallara ixrac nəzarətini gücləndirir.

Tədbirlər ABŞ prezidenti Donald Trampın fevralın 2-də Çindən idxal olunan mallara 10 faizlik gömrük rüsumunun tətbiq edilməsi barədə açıqlamasına cavab olaraq həyata keçirilir.

Fevralın 2-də Tramp Kanada və Meksikadan idxala 25 faiz, Çindən idxala isə 10 faiz rüsum tətbiq etdiyini açıqlayıb. Tariflər “Meksika, Kanada və Çini qeyri-qanuni immiqrasiya və zəhərli fentanil və digər narkotiklərin ABŞ-a axını ilə bağlı verdikləri vədləri yerinə yetirməyə məcbur etmək” üçün tətbiq edilib.

Ertəsi gün Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ-la sərhədin möhkəmləndirilməsi müqabilində Trampla tarifləri 30 gün təxirə salmaq barədə razılığa gəldiyini bildirib. Daha sonra Kanadanın baş naziri Castin Trüdo sərhədin möhkəmləndirilməsi planını həyata keçirəcəyini və bunun üçün 1,3 milyard dollarlıq layihə reallaşdırılacağını vəd edib.

Seçilən
3
27
buta.media

10Mənbələr