AZ

Sakinlər bu adanı kütləvi şəkildə tərk edirlər

Sakinlər zəlzələlər səbəbindən Yunanıstanın Santorini adasını kütləvi şəkildə tərk edir. Buna görə də, limanda növbələr yaranıb.

Publika.az xəbər verir ki, bu barədə “Naftemporiki” xəbər portalı məlumat yayıb.

"Santorininin Athinios limanında böyük növbələr yaranıb, çünki yüzlərlə yerli sakin və adaya gələn vətəndaşlar davam edən seysmik fəaliyyət və daha güclü zəlzələ və ya vulkanların yenidən oyanması qorxusu səbəbindən bərələrlə yola düşməyə hazırlaşırlar", - məlumatda deyilir.

Son iki gündə bölgədə 200-dən çox zəlzələ baş verib. Bazar ertəsi Santorini və Egey dənizindəki Kiklad arxipelaqının bir sıra digər adalarında məktəblər bağlanıb.

Seçilən
13
publika.az

1Mənbələr