AZ

Bennaser "Marsel"ə keçdi

Əlcəzairli yarımmüdafiəçi İsmael Bennaser "Milan"dan Fransanın "Marsel" klubuna keçib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

27 yaşlı futbolçu cari mövsümün sonuna kimi Liqa 1-də icarə əsasında çıxış edəcək.

Bennaser bu mövsüm "rossonerilər"in əsas oyunçusu olmayıb, Milan komandasının heyətində bütün yarışlarda cəmi 8 oyun keçirib.

Fransa çempionatının 20 turundan sonra "Marsel"in 40 xalı var.

Seçilən
20
operativmm.az

1Mənbələr