AZ

"İslam Mərkəzi" İranın casus yuvası olub: İsveçdə 63 yaşlı iranlı molla Möhsün Həkimullahi həbs edilib

Stokholmdakı "İmam Əli İslam Mərkəzi" İran kəşfiyyatının İsveç və xaricdə yaşayan iranlılara qarşı casusluq mərkəzi olub.

Bunu İsveçin sosial işlər naziri Yakob Forsmed özünün X hesabında yazıb.

O, İrana bağlı mərkəzin İsveçin milli təhlükəsizliyinə ciddi təhdid olduğunu və bu səbəbdən də İsveç hökumətinin bu mərkəzə bütün yardımları dayandırdığını bildirib.

"Hökumət vəsaitləri təməl demokratik dəyərlərə zidd olan fəaliyyətlər üçün istifadə edilməməlidir",- nazir əlavə edib.

Qeyd edək ki, bir təxminən 3 həftə əvvəl İranın Stokholmdakı "İmam Əli İslam Mərkəzi"nin başçısı, 63 yaşlı iranlı molla Möhsün Həkimullahi həbs edilib və yaxın günlərdə İsveçdən deportasiya olunacaq.

visiontv.az



Seçilən
3
2
visiontv.az

3Mənbələr