AZ

ABŞ 200-dən çox hindistanlı miqrantı deportasiya edib

Bakı. Trend:

ABŞ-nin ərazisində qanunsuz şəkildə yaşayan 200-dən çoxHindistan vətəndaşı C-17 hərbi-nəqliyyat təyyarəsi ilə vətənlərinədeportasiya olunub.

Trend xəbər verirki, bu haqda NDTV məlumat yayıb.

Telekanalın öz mənbələrinə istinadən verdiyi məlumata görə, buqarşıdakı “çoxsaylı reyslərin” sadəcə birincisidir. Hindistanlıqanunsuz mühacirləri daşıyan ilk təyyarənin Texas ştatından çıxdığıbildirilir.

Qeyd edək ki, Hindistanın baş naziri Narendra Modi gələn həftəVaşinqtona rəsmi səfər edəcək. Bu Donald Trampın Ağ Evə gəlişindənsonra onun ABŞ-yə ilk səfəri olacaq.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp andiçmə mərasimindənsonra Amerika hüquq mühafizə orqanlarının səlahiyyətləriniartıraraq, onların miqrasiya məhkəməsinin qərarı olmadan qanunsuzmühacirləri həbs edib deportasiya etmə prosedurunusürətləndirib.

Məqalədə:
Seçilən
6
az.trend.az

1Mənbələr