AZ

Azərbaycan banklarına ipoteka kreditləşməsi üçün yeni limitlər ayrılıb

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayırıb.

İKZF-dən bildirilib ki, adi ipoteka kreditləri üzrə müraciətlərin qəbulu fevralın 6-da, saat 10:00-dan, güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbulu isə fevralın 7-də, saat 10:00-dan “Elektron ipoteka və kredit zəmanət sistemi” (www.e-gov.az) üzərindən “SİMA Token” (Elektron İmza) və yaxud “ASAN İmza” vasitəsilə həyata keçiriləcək.

Elektron sistemdə aparılmış təhlükəsizlik tədbirləri ilə əlaqədar elektron müraciətlərin kompüterlər (PC) və ya notebook vasitəsilə (touchscreen funksionallığından istifadə edilməməklə) həyata keçirilməsi tələb olunur.

Seçilən
1
49
buta.media

10Mənbələr