AZ

Həftə sonları yatmağın müsbət CƏHƏTİ

Çin alimləri əmindirlər ki, həftə sonları yatmaq beyni qocalmaqdan xilas edir, onu ləngidir, həmçinin demans riskini azaldır.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, həftə sonu yalnız bir neçə əlavə saat həftəsi ərzində yığılmış gecə istirahətinin çatışmazlığını qismən kompensasiya edə bilər.

Həftə sonu bir və ya iki saat əlavə yatmaqla, müntəzəm olaraq kifayət qədər yuxu almayanlarla müqayisədə vaxtından əvvəl qocalma riskinizi 34% və demans inkişaf riskini 70% azaldır.

Əlavə yuxu orqanizmdə neyrodegenerativ və ürək-damar xəstəliklərinin qarşısının alınmasında əsas rol oynayan iltihabi proseslərin səviyyəsini azaltmağa kömək edir.

Çoxsaylı tədqiqatlar təsdiqləyir ki, adekvat istirahət immunitet sisteminin fəaliyyətini yaxşılaşdırır.

Tədqiqatçıların qeyd etdiyi kimi, itirilmiş yuxunu yalnız həftə sonları doldurmaq həmişə effektiv olmur.

Yuxu rejimlərində kəskin dəyişikliklər yuxu ətalətinə səbəb ola bilər ki, bu da konsentrasiyaya və diqqətə mənfi təsir göstərə bilər.

Buna görə də elm adamları sabit bir yuxu rejiminə can atmağı və hər gecə ən azı yeddi-səkkiz saat istirahət etməyi məsləhət görürlər.

Seçilən
1
medianews.az

1Mənbələr