AZ

Çin ABŞ-dan kömür və LNG-yə 15% rüsum tətbiq edir – ÖZƏL

Çin ABŞ-dan idxal olunan kömür və mayeləşdirilmiş təbii qaz (LNG) üçün 15% rüsum tətbiq edəcək. 
Olaylar.az xəbər verir ki, bu barədə Çin Dövlət Şurasının Tarif və Klassifikasiya Komitəsinin bəyanatında bildirilib.

Sənəddə qeyd olunur ki, 10 fevral tarixindən etibarən ABŞ-dan idxal edilən bəzi məhsullara əlavə gömrük rüsumları tətbiq ediləcək.

Bundan əlavə, Çin xam neft, kənd təsərrüfatı texnikası, iri mühərrikli avtomobillər və pikap maşınlarına da 10% əlavə rüsum tətbiq edəcəyini açıqlayıb.

Qeyd edək ki, bundan öncə ABŞ administrasiyası Çindən idxal olunan mallara 10% rüsum tətbiq edəcəyini elan etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
olaylar.az

1Mənbələr