AZ

“Qalatasaray” Mişi Batşuayini satdı

Alvaro Moratanı “Milan”dan icarəyə götürən “Qalatasaray” əvəzində bir hücumçusunu satıb.

Msport.az xəbər verir ki, Türkiyə klubu Mişi Batşuayi ilə yollarını ayırıb.

Belçikalı forvard karyerasını Almaniya Bundesliqasında davam etdirəcək. 31 yaşlı oyunçu Frankfurt “Ayntraxt”ı ilə 2,5 illik müqavilə bağlayıb. Bu transfer İstanbul təmsilçisinə 3 milyon avro qazandırıb.

Qeyd edək ki, Mişi Batşuayi cari mövsüm “Qalatasaray”ın heyətində 30 oyunda 7 qol vurub.

Seçilən
2
msport.az

1Mənbələr