Rusiya tərəfi fevralın ortalarında Ukrayna böhranı ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini tələb etmək niyyətindədir.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.
Çinin BMT-dəki daimi nümayəndəsi Fu Konq isə qeyd edib ki, bir sıra ölkələr fevralın 24-də Ukrayna ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsini tələb ediblər. Qurumun fevral ayı üçün sədri olaraq Çin iclasa nəzarət edəcək.
Xatırladaq ki, 2022-ci il fevralın 24-də Rusiya ilə Ukrayna arasında müharibə başlayıb.