AZ

Joao Feliks “Milan”da – RƏSMİ

“Çelsi”nin yarımmüdafiəçisi Joao Feliks yenidən komandasını dəyişib.

Msport.az xəbər verir ki, 25 yaşlı futbolçu Portuqaliya, İspaniya və İngiltərədən sonra İtaliyada oynamaq qərarına gəlib.

Portuqaliya millisinin üzvü mövsümün ikinci dövrəsindən “Milan”ın formasını geyinəcək. “Rossonyerlər” ulduz futbolçunu yaya qədər icarəyə götürüb.

Qeyd edək ki, Joao Feliks bu mövsüm “Çelsi”nin heyətində bütün turnirlərdə 20 oyun keçirib, 7 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun londonlularla müqaviləsi 2030-cu ilə qədərdir.

Seçilən
6
msport.az

1Mənbələr