Uqandanın paytaxtı Kampalada ebola virusuna yeni yoluxma faktı qeydə alınıb. Virusun bir vaxtlar tüğyan etdiyi Nigeriya isə epidemiya təhlükəsi ilə bağlı fövqəladə vəziyyət elan edib.
Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, yeni yayılan virus ebolanın növbəti ştamı hesab olunur. Ebolanın bir sıra ştamlarının peyvəndi olsa da, bəzilərinə qarşı effektiv müalicə üsulları hələlik yoxdur.
Nazim Hacıyev
Telegram kanalımız