İtaliyanın "Milan" klubu "Monza"dan fransız yarımmüdafiəçi Uorren Bondonu heyətinə qatdığını açıqlayıb.
News24.az xəbər verir ki, futbolçu "rossonerilər"lə müqaviləni 2029-cu ilin yayına kimi imzalayıb. Futbolçu 39 nömrəli forma geyinəcək
21 yaşlı futbolçu 2022-ci ilin yayından bəri Monzada oynayır. Bu mövsüm fransalı bütün turnirlərdə 22 oyununda iştirak etsə də, qol vura bilməyib.
Yarımmüdafiəçi həmçinin Fransa U-20 yığmasında 5, U-19 millisində isə 16 görüşdə meydana çıxıb.
Qeyd edək ki, Bondo 39 nömrəli formanı geyinəcək.
Ağa Dadaşzadə