AZ

Ötən ay üçün Türkiyə müdafiə sənayesinin ixrac rəqəmləri açıqlanıb

Türkiyə İxrcatçılar Məclisi (TİM) müdafiə və aviasiya sənayesi sektorunun 2025-ci ilin yanvar ayında ixrac etdiyi məhsulların dəyərini açıqlayıb.

“Poliqon” TİM-ə istinadən xəbər verir ki, Türkiyənin müdafiə və aviasiya sənayesi şirkətləri cari ilin yanvarında 383.1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə (2024-cü il yanvar – 329.9 milyon ABŞ dolları) 2025-ci ilin yanvar ayında ixrac olunan məhsulların dəyəri artıb.

Qeyd edək ki, ötən il Türkiyənin müdafiə və aviasiya sənayesi sektoru tərəfindən ümumilikdə 7.1 milyard ABŞ dolları dəyərində məhsul ixrac olunub.

Seçilən
19
poliqon.az

1Mənbələr