ABŞ dövlət katibi Marko Rubio ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) itaətsizlikdə və ABŞ-ın milli maraqlarına məhəl qoymamaqda ittiham edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Marko Rubio artıq USAID direktorunun səlahiyyətlərini icra etdiyini təsdiqləyib və qeyd edib ki, onun agentlikdən məyusluğu Konqresdə işlədiyi illərdən başlayır.
Rubio USAID-in Dövlət Departamentinin siyasət direktivlərinə cavab verməli olduğunu, lakin bunu etməkdən imtina etdiyini söyləyib.
“Bir çox USAİD funksiyaları davam edəcək və Amerikanın xarici siyasətinin bir hissəsinə çevriləcək, lakin onlar Amerikanın xarici siyasətinə uyğun olmalıdır. O, Amerika vergi ödəyicilərinin pullarını xərcləyir, ona görə də onların maliyyələşdirdiyi hər bir proqram ABŞ-ın milli maraqlarına uyğun olmalıdır. USAID dəfələrlə buna məhəl qoymayıb və qərara alıb ki, onlar qlobal xeyriyyə təşkilatıdır və milli maraqlardan asılı olmayaraq fəaliyyət göstərirlər”, - deyə o bildirib.