Portuqaliyalı "Əl-Nəsr"in hücumçusu Kriştianu Ronaldu argentinalı "İnter Mayami"nin hücumçusu Lionel Messi ilə rəqabətindən danışıb. Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. “15 il futbol səhnəsini bölüşmüşük və həmişə yaxşı münasibətimiz olub. Yadımdadır, hətta bir dəfə onun üçün ingilis dilinə nəsə tərcümə etmişdim, gülməli olmuşdu. O, həmişə mənimlə yaxşı rəftar edib, öz klubunu və komandasını müdafiə edib, mən də özümüzküləri müdafiə etmişdim. Biz bir-birimizi motivasiya edirdik, Senna və Prost kimi ədalətli mübarizə apardığımız illər olub”, - Ronaldunun sözlərini Marca sitat gətirir. Xatırladaq ki, Messi səkkiz, Ronaldu da öz növbəsində karyerası ərzində 5 “Qızıl top” qazanıb.