AZ

Şahzadə Endryu və Epşteyn arasındakı şübhəli yazışmalar: Yeni qalmaqal

Şahzadə

Son günlərdə Britaniya kralı III Karlın kiçik qardaşı, şahzadə Endryunun, uşaq alverində ittiham olunan maliyyəçi Cefri Epşteyn ilə olan yazışması aşkar edilib. “Ulusum”.az xəbər verir ki, məlumatı RadarOnline yayıb.Yazışma 2011-ci ilin fevralına aiddir. Həmin vaxt kral ailəsinin üzvü, cinayətkarla bütün əlaqələrini kəsdiyini açıq şəkildə bəyan etmişdi.Məqalə görə, məktubda qəribə bir ifadə yer alır: “Əlaqədə qal, biz hələ oynayacağıq.” Bəzi elektron məktublar, şahzadə Endryuya cinsi zorakılıq ittihamı irəli sürüldüyü günlərdə göndərilib. Yazışmalar artıq Londonda məhkəməyə təqdim olunub və əlavə ekspertizaya yönləndirilib.Mətbuatın məlumatına görə, şahzadə Endryu, hələ də cinayətkarın ona verdiyi pullardan istifadə edir. İnsayderlər, kral ailəsinin bu qalmaqallı üzvünün, Epşteyn vasitəsilə iş adamları və dövlət başçıları ilə tanışlıq təmin etdiyi müqabilində gizli maliyyə ehtiyatlarına sahib olduğunu iddia edir.Britaniya mətbuatı əvvəllər də təəccüb edib ki, şahzadə Endryu necə bu qədər var-dövlətə sahib olub və 2004-cü ildən bəri Vindzorda milyonlarla dollar xərcləyərək yaşayır. Eyni zamanda, Britaniya Kraliçası II Elizaveta 2022-ci ildə ölümündən əvvəl ona 335 min dollar məbləğindəki müavinətini kəsmişdi.Səidə

Diqqət Çəkənlər

Makronun arvadını kişi adlandıran jurnalist Rusiyadan sığınacaq istəyir

Şotlandiya ev pişikləri üçün komendant saatı tətbiqini müzakirə edir

Aİ liderləri ABŞ-ın rüsum qərarına cavab verəcəklərini bildiriblər

Seçilən
5
ulusum.az

1Mənbələr