Sabah saat 10:00-dan fevralın 6-sı saat 07:00-a qədər Bakının Səbail, Nəsimi və Yasamal rayonlarının bir hissəsini içməli su ilə təmin edən magistral xətdə təmir-tikinti və yenidənqurma işləri aparılacaq, odur ki, bu rayonların bəzi ünvanlarında su təchizatında fasilə yaranacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, təmir-tikinti işlərinin tamamlanmasından sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.